İnestanın klubu məlum oldu
09.08.2023 , 10:01

Andres İnestanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi “Emirates”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
