big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İmarət” “Neftçi” üçün sürpriz hazırlayıb: “Bu oyunda da hakimlər rəqibə “işləsələr”…”

27.09.2013 , 04:57

"Qarabağ" meydanda təkcə rəqib komandalara qarşı yox, həm də hakimlərə qarşı oynayır. Buna görə də sabahkı oyuna həmişəkindən daha ciddi hazırlıq aparırıq".

Bu sözləri Korner.az-a açıqlamasında "İmarət" fan-klubunun rəhbəri Xaləddin Bayramov sabah "Neftçi"yə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

Fan-klub rəhbəri bildirib ki, ötən mövsüm "Qarabağ" "Neftçi"dən güclü olduğu halda hakim səhvləri ilə büdrədildi: "Açıq deyirəm, əgər bu oyunda da hakimlər "Neftçi"yə "işləsələr", çox ciddi cavab reaksiyamız olacaq. Məqsədləri "Neftçi"ni çempion etməkdisə, desinlər, digər klublar çəkilsinlər qırağa. Azərbaycanda voleybolun dirçəldiyi illərdə "Azərreyl"i hər il çempion edirdilər, bütün qitə miqyaslı yarışlara da o gedirdi. "Neftçi"ylə bağlı plan da belədisə, desinlər, bilək".

Həmsöhbətimiz qeyd edib ki, sabahkı matçda qələbə qazanmaq "Qarabağ" üçün hava-su kimi vacibdi: "Əks halda, çempionluq yarışında fəal olan komandalardan geri düşə bilərik. Bir neçə gün bundan əvvəl fan-klubumuzun toplantısı oldu. Orda da əsas müzakirə mövzularından biri "Neftçi"ylə görüşün təbliğatını geniş şəkildə qurmaq idi. Bununla bağlı üzvlərimizə müvafiq tapşırıqlar verilib. Oyunu fan-klubumuzla izləyəcək azarkeşləri biletlə təmin edəcəyik".

Xaləddin bəy "Neftçi" üçün sürpriz pankart hazırladıqlarını da bildirib: "Neftçi" "Skenderbeu"yla səfər oyununda hamımız üçün doğma olan Ağdamın işğalının ildönümünü bir dəqiqəlik sükutla yad etdirməyə müvəffəq olmuşdu. Biz bu jesti alqışlamışdıq və sabahkı oyunda onlara minnətdarlıq ifadə edən pankart açacağıq".

Son yazılar

To Top