Artıq mayın 8-də Şuşanın işğalından 20 il ötür. Korner.az-ın məlumatına görə, bununla bağlı "İmarət" fan-klubu Ağdama yollanır. Burada başlıca məqsəd ermənilərin bayram kimi qeyd etdiyi bu gündə əsgərlərimizin yanında olmaq, məğlubluq hissini yıxacaq bir tədbir keçirməkdi. Bu barədə fan-klubun rəsmi saytında ətraflı məlumat yer alıb:
Şuşanın işğalına biganə deyilik! Artıq mayın 8-də Şuşamızın işğalından 20 il ötür.Qarabağının baş tacının düşmən tapdağı altında olmağı 20-ci ildirki bizi fəxrlə Qarabağlıyıq deməyə imkan vermir. Bu vicdan əzabından qurtulmaq,vətənə borcumuzu ödəmək üçün biz öz əlimizdən gələni etməyə çalışırıq.Mənfur ermənilər qələbə münasibətilə bir sıra tədbirlər keçirəcəyi bizlərə artıq məlumdur.Biz də öz növbəmizdə Şuşaya həmişə dayaq olmuş Ağdama, Şuşaya ən yaxın gedə biləcəyimiz sərhəd xəttinə səfər edirik. Düşmənin qələbə qəh-qəhəsinə cavab olaraq bizlər də sərhəddəki əskərlərimizi ruhlandırmaq və sərhəd bölgəsində gənclərlə birgə məğlubluq hissini yıxacaq bir tədbir keçirmək istəyirik. İnşallah mayın 6-sı, bazar günü tədbirimiz baş tutacaq.
Tədbirin maliyyələşməsinə xüsusi diqqət yetirdiyi üçün “AZERSUN HOLDİNG” ŞİRKƏTLƏR QRUPUna "İmarət" adından dərin minnətdarlığımızı bildiririk!!