İmaməddin Xəlilov Avropa çempionudur!
11.05.2024 , 18:53

Bu gün Serbiyada keçirilən para-taekvondo üzrə Avropa çempionatının üçüncü günündə -70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İmaməddin Xəlilov tatamiyə çıxıb.
Korner.az xəbər verir ki, finalda türkiyəli rəqibini məğlub edən İmaməddin ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.
