“Bu gün gözəl oyunun şahidi olduq. “Sumqayıt” həmişə oyunun sonuna kimi mübarizə aparan komandadır. Bu gün bir daha bunun şahidi olduq”.
Korner.az-ın məlumatına görə, bu sölzəri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında deyib. Çalışdırıcı məğlub olmalarına belə əsas gətirdi
“İkinci hissənin əvvəllərindən bəlli oldu ki, ilk qolu kim vuracaqsa, qələbəni də həmin komanda qazanacaq. Bunu da “Sumqayıt” bacardı” – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, AZAL klubu bu gün Unibank Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a məğlub olub: 0-1.