“The Best” mükafatı Messinindir
28.02.2023 , 10:00

Argentinalı hücumçu Lionel Messi FIFA tərəfindən 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Korner.az xəbər verir ki, 35 yaşlı forvard karyerasında ikinci dəfə bu ada layiq görülüb.
Messi “The Best” mükafatı sayında portuqaliyalı hücumçu Kriştiano Ronaldo və polşalı futbolçu Robert Levandovskiyə çatıb. Hər bir oyunçu iki dəfə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.
