“Partizan” komandasının ulduz futbolçusu Saşa İliçin zədəsi sağalıb və çox güman “Neftçi” ilə oyunda forma geyinəcək.
Korner.az– ın məlumatına görə, oyun öncəsi İliç rəqibləri “Neftçi” haqda öz fikirlərini bildirib.
“Neftçi” “İnter və “Rubin”lə rəqabət aparacaq. Onlar bizi qrupun ən asan komandası hesab edirlər. Amma biz buna imkan verməməliyik. Xatırlayırsızsa “Tromse”də belə düşünürdü, amma o qarşılaşmanın necə nəticələndiyi hamıya məlumdu. Komanda daxili ab-hava əladı, hətta “Trömse” oyunundan öncəkindən də yaxşıdı. Biz özümüzə inanırıq. Ən əsası gənc oyunçularımızın gözlərinə baxanda bu hiss olunur”.
