Bu gün AFFA-nın İnzibatı binasında 1-ci divizionun püşkatması keçirilir. Korner.az– ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki: "Muğan", MKT-"Araz" və "Karvan" komandaları l divizionda iştirak üçün PFL-ə muraciət etməyiblər. Bu səbəbdən həmin klublar bu mövsüm oynamayacaqlar. Yeni mövsümdən isə bu divizionda iki yeni komanda yarışa qoşulacaq. Bunlar "Ağsu" və paytaxtın "Qala" klublarıdır.
