İki güləşçimiz Avropa çempionu oldu
15.02.2024 , 22:23

Korner.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki güləşçisi final görüşünə çıxıb.
50 kq-da mübarizə aparan Mariya Stadnik finalda türkiyəli Evin Demirhana “tuş”la qalib gələrək 10-cu dəfə Avropa çempionu olub.
Alyona Kolesnik (59 k) isə finalda Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib. Qarşılaşma Kolesnikin qələbəsi ilə başa çatıb.
