İdmançımız erməniyə qalib gəlib 1/4 finala yüksəldi
22.04.2024 , 20:10
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Korner.az xəbər verir ki, o, 48 kq-da mübarizədə 1/8 finalda Lusine Gevorqyanı (Ermənistan) məğlub edib.
İsmayılova rəqibinə 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. 1/4 final görüşü aprelin 23-də olacaq.
