İddia: “Beşiktaş”ı o çalışdıra bilər
16.04.2024 , 23:22

Yeni məşqçi axtarışlarını davam etdirən “Beşiktaş” üçün sürpriz ad gündəmə gəlib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin Erol Bulutla maraqlandığı bildirilir.
Bu barədə “Fanatik” məlumat yayıb.
Xəbərə görə, Sergen Yalçından sonra klubu yerli namizədlər arasında Erol Bulut çalışdıra bilər.
Mütəxəssisin adı “Beşiktaş”ın yeni baş məşqçisi siyahısında olduğu iddia edilib.
Super Liqa klubu bir müddət öncə Fernando Santosu istefaya göndərmişdi.
Mina Musayeva
