İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
11.05.2024 , 11:23
Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Korner.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
Toplantının gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.
Qarşıdakı iclasda milli komandaya baş məşqçinin təyinatı gözlənilmir.