Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci turun daha üç oyunu keçirilib.
Korner.az-ın PFL-yə istinadən verdiyi məlumata görə, “Şuşa” səfərdə “Bakılı”nı məğlub edib – 2:0. “Şahdağ” və MOİK isə doğma meydanda müvafiq olaraq “Energetik” və “Mil-Muğan”dan üstün olublar. Qusarlılar Mingəçevir təmsilçisinin qapısından 5 cavabsız top keçirib. Hərbçilər isə İmişli təmsilçisini minimal hesabla üstələyiblər – 2:1.
“Bakılı” 0-2 “Şuşa”
(Kristofer Nkansah, 62; 89)
MOİK 2-1 “Mil-Muğan”
(Ramil Əliyev, 64; Məhəmməd Bədəlbəyli, 76 // Elgün Hüseynli, 51)
“Şahdağ” 5-0 “Energetik”
(Sərxan Ağayev, 17 (p.); Faiq Ağarəhimov, 35; Emin Əmiraslanov, 51; 73; Yusif Yusifzadə, 87)