Hüseynov milliyə çağırıldı
12.03.2024 , 14:57

Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 yığmasına çağırılıb.
Korner.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsinin İngiltərə və Ukrayna ilə oyunları üçün heyətə dəvət alıb.
Milli martın 22-də İngiltərəni, 26-da isə Ukraynanı qəbul edəcək. Oyunlar “Azərsun Arena”da keçiriləcək.
