Bakıda keçirilən ikinci Caspian Cup turniri start götürdü.
Korner.az-ın məlumatına görə, Türkiyə ilə qarşılaşan Gürcüstan məğlubiyyətdən qaça bilməyib.
Oyundan sonra gürcülərin baş məşqçisi Giorgi Devdariani fikirlərini bölüşüb: "Maraqlı oyunun şahidi olduq. Havanın isti olması oyunumuza mənfi təsir göstərdi".
Türkiyə yığması qələbəyə layiq oyun nümayiş etdirdi. Qələbə münasibətilə onları təbrik edirəm".
