big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Hamı Xaqani Məmmədovu da yaxşı tanıyır, Tuyqun Nadirovu da” (MÜSAHİBƏ)

03.10.2012 , 08:49

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Korner.az-a müsahibəsi.
 
– İcraiyyə Komitəsinin klubunuzla bağlı qərarlarına, xüsusilə də, Ruslan Abışovun qırmızı vərəqəsinin sarı vərəqə ilə əvəzlənməsinə münasibətinizi bilmək istərdik.

– Abışov məsələsində İcraiyyə Komitəsi ədalətli olaraq baş hakimin oyunun nəticəsinə təsir edən ədalətsiz qərarını ləğv etdi. Həmin epizodda, həqiqətən də, qırmızı vərəqəlik heç nə yox idi. Ancaq həmin yanlış qərar oyunun bütün axarına təsir etdi – komandamızın 3 xal itirməsinə, digər futbolçularımızın psixoloji durumunun pozulmasına gətirib çıxardı. Onsuz da komanda meydana gərgin durumda çıxmışdı. Mən demirəm ki, hakim qərəzliydi, nəsə sifariş almışdı… Rəhim Həsənovu tanıyırıq, perspektivli hakimlərimizdəndi. Söhbət ondan getmir ki, oyunun əvvəlində, ortasında, yaxud axırında vərəqə göstərib. Hakim “oyunun ipi“ni əlində saxlamağı bacarmalıdı – bir dəfə şifahi xəbərdarlıq edər, bir dəfə normal şəkildə futbolçunu sakitliyə çağırar. Yoxsa ki hər qayda pozuntusuna görə vərəqə göstərmək… Oyunun gözəlliyi itir axı, temp ölür, futbolçular daha da aqressivləşir.

– Yəni düşünürsüz ki, Rəhim Həsənov “oyunun ipi”ni əldən buraxmışdı?

– Hər halda buraxmışdı. Nəticə nə oldu? “Xəzər Lənkəran”, hər halda, bəlkə də, 6-7-ci yerlərdə olardı, ancaq indi 12-ci pillədədi.

– İntizam Komitəsi baş hakimin qərarını ləğv edir, ancaq Hakimlər Komitəsi hər hansı cəza tədbirinə əl atmır. Sizcə, bunun məntiqi nədi?

– (gülür) Yəqin ki, bunu həmin komitələrin “baş komitəsindən” soruşmaq lazımdı. Necə ola bilər ki, bir komitənin çıxardığı qərarı digər komitə düzgün saymır?

– Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun dünən bir açıqlaması var idi. “Xəzər Lənkəran”da ən böyük provakator kimi sizi gördüyünü demişdi…

– Mən o mövzuya toxunmaq, onun dediklərinə şərh vermək istəmirəm. Bircə onu deyəcəm ki, hamı Tuyqun Nadirovu da tanıyır, Xaqani Məmmədovu da.

– İK-nın Ruslanla bağlı qərarını təqdir etdiyinizi dediz. Ancaq Elnur Allahverdiyevə verilən 6 oyunluq cəza var.

– Elnur 2 oyunluq cəzadan yeni qayıtmışdı. Yəni onsuz da psixoloji sarsıntını üstündən tam atmayan futbolçuya yenidən belə bir cəzanın verilməsi… Mən başa düşürəm, Elnur tüpürməklə düz hərəkət etməyib. Biz klub olaraq onun davranışını pisləyirik. Özü də artıq səhvini anlayıb, istər mətbuatda, istərsə də klub rəhbərliyi və komanda üzvləri qarşısında üzr istəyib. Elnur millinin oyunçusudu – baxmayaraq ki, Foqts Rusiya ilə oyunun heyətindən xaric etdi onu. Başa düşürük ki, tüpürməyə görə cəza 38.4-cü maddədə təsbit olunub. Yəni buna görə başqa cəza yoxdu. Ancaq yuxarıda sadaladıqlarımı nəzərə alaraq bir qədər yüngül cəza da vermək olardı. Yenə deyirəm, biz onun davranışına bəraət qazandırmırıq. Klub tərəfindən buna görə onun barəsində lazımi ölçü götürülüb.

– “Lazımi ölçü” cəzadı, yoxsa cərimə?

– Hər halda, bu, klubdaxili məsələdi və təfərrüata varmaq istəməzdim. Onu da deyim ki, biz onun cəzasının azaldılması üçün Apellyasiya Komitəsinə müraciət etmişik.

– Klub rəhbərliyinin oktyabrın 1-də keçirdiyi toplantıda klubunuzun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Elbrus Məmmədova sonuncu xəbərdarlıq edildi və şiddətli töhmət verildi. Bu qərardan sonra, daha dəqiqi, dünən komanda AZAL-a məğlub olub. Özü də 0:5 hesabıyla. Demək olarmı ki, artıq Elbrus bəyin məsələsi “həll olunub”?

– Elbrus müəllim çox yaxşı mütəxəssisdi. Ancaq təəssüflər olsun ki, komandanı düşdüyü vəziyyətdən çıxartmaq iqtidarında deyil. Bu gün əsas komandamızın AZAL-la keçirəcəyi oyundan sonra bu məsələyə yenidən qayıdacağıq. Həm onunla, həm də komandanın bir neçə üzvü barəsində lazımi ölçü götürüləcək.

Son yazılar

To Top