"Milan"ın isveçli futbolçusu Zlatan İbrahimoviçə 4 klubdan təklif var.
Korner.az-ın məlumatına görə bu barədə İbrahimoviçin meneceri Mino Raiola bildirib. Gələn təkliflərə baxmayaraq İbrahimoviçin başqa kluba getməyəcəyini vurğulayan menecer məsələ ilə bağlı bu cür danışıb.: " 4-5 klub İbrahimoviçi transfer etmək istəyir. Ancaq hamı bilməlidir ki, İbra satılmır. Futbolçum "Milan"dan getmək istədiyini bildirdi. Lakin klub prezidenti Adriano Qalyani hər şeyi görür və Zlatanın başqa yerə getməməsi üçün əlindən gələni edəcək".
Qeyd edək ki, İbrahimoviç bu mövsüm çıxdığı 32 oyunda 28 qol vurmağa müvəffəq olmuşdu.