Hakimi təhqir edən oyunçuya sərt cəza
16.05.2024 , 14:55

AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədova cəzalandırıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub. Qərara əsasən, N.Məmmədov 4 oyunluq cəzalandırılıb.
Futbolçunun bu hərəkətinə görə “Kəpəz” klubu 300 manat cərimələnib.
