Hakimi söydü, ömürlük futboldan uzaqlaşdırıdı
09.03.2023 , 19:33

Suriya Futbol Assosiasiyası (SFA) millinin sabiq kapitanı, “Əl-Caiş”in futbolçusu Əhməd Əl-Salihini hakimə hücum etdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.
Korner.az xəbər verir ki, martın 3-də keçirilən görüşdə – “Əl-Vatb”la çempionat oyununda qırmızı alan Əl-Salih referini təpiklə vuraraq ona tüpürüb və söyüb.
Əhməd matç başa çatandan sonra da stadionun tunelində hakimin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam edib.
