Hakimi itələdi, 8 oyunluq cəzalandı
05.04.2023 , 15:44

“Fulhem”in futbolçusu Aleksandar Mitroviçə ağır cəza verilib.
Korner.az xəbər verir ki, buna serbiyalı hücumçunun İngiltərə kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted”ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundakı davranışı səbəb olub.
Matçın referisi Kris Kavananın qərarlarından narazı qaldığı üçün onu itələyən 29 yaşlı forvard buna görə 8 oyunluq diskvalifikasiya olunub.
Bu azmış kimi, Mitroviçə 75 min avro cərimə də kəsilib.
