big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Hacıyev: “Yuventus”la oyunda vurduğum qolu həmişə xatırlayıram” – MÜSAHİBƏ

02.05.2012 , 07:16

"Bakı" və U-21 milli komandmamızın üzvü Rəhman Hacıyev "Bakı" futbol klubunun uşaq və yeniyetmələr üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalına müsahibə verib. Korner.az həmin müsahibəni təqdim edir:

– "Bakı"ya gəldiyin yola bir daha nəzər yetirək.
– Yaxşı futbolçu olmaq üçün mütləq Bakıya gəlmək lazım idi. Bir dəfə Bakıya gəlməyə şans yarandı. Bura "Azəri" komandası ilə yoldaşlıq oyununa gəldik. Həmin vaxt mənim 12 yaşım var idi. Oyundan sonra həmin klubun rəhbərliyi mənimlə maraqlandı və nəticədə orada qaldım. Bu mənim üçün tramplin rolu oynamalı idi. Elə də oldu. "Bakı"ya gələndən sonra öz bacarığımı nümayiş etdirmək daha rahat idi. İki ildən çox bu klubda oynadım. “Azəri” mənim futbolçu kimi yetişməyimdə mühüm rol oynadı. Burada iki mövsüm AFFA çempionatında oynadıq. Ən güclü komandadan biri idik. Anidən komandada baş verən problemlər nəticəsində klub dağıldı. Özümə başqa klub axtarmağa məcbur oldum. Əvvəl "İnter"ə getdim. Açığı, orada məni bəyənib komandaya götürdülər, lakin atmosfer mənim xoşuma gəlmədi. "Azəri"də komanda yoldaşım Tural Qürbətovun köməkliyi ilə "Bakı"ya gəldim. Məqsəd Yaqubəliyev məni bəyəndi və komandaya götürdü. Burada hər şey xoşuma gəldi. 2 ay 17 yaşlıların arasında oynayandan sonra növbəti ildən əvəzedici heyətə qalxdım.

– Əsas komandada debüt oyununu necə xatırlayırsan?
– Coko Haciyevskinin baş məşqçi olduğu vaxt "Bakı"çempionluğunu rəsmiləşdirmək üçün sonuncu turda “Rəvan”ı (o vaxt “Muğan”adlanırdı) məğlub etməli idi. Oyunun sonuna 4 dəqiqə qalmış məşqçi məni buraxdı. Çox həyəcanlı idim. İlk dəfə idi ki, Tofiq Bəhramov adına stadionda özümdən böyüklərin arasında meydana çıxırdım. Debütüm elə uğurlu oldu ki, həmin oyundan sonra hamı məni tanıdı. Oyunda sonuncu qolun ötürməsini də mən etdim.

– 2010-cu ilin iyun ayında Türkiyənin Bank Asiya Liqasında mübarizə aparan "Altay"" klubuna transfer olsan da geri qayıtmağa məcbur oldun.
– Bu komandaya keçidimdə Cüneyt Biçərin rolu vardı. Həmin vaxt o, komandanın ikinci məşqçisi idi. Sənədlərimlə bağlı problemləri yoluna qoya bilmədik və geri qayıtdım. Əvvəllər buna çox heyfslənirdim. İndi qayıtdığım üçün peşman deyiləm.

– "Bakı"nın gənclər siyasətinin nəticəsidir ki, bu gün əsas komandanın heyətindəki yerli futbolçuların əksəriyyəti onlardan ibarətdir. Hər il aşağı yaş qruplarından bir neçə futbolçu əsas komandaya cəlb edilir. Onların arasında ilk "pioner"lərdən biri də sənsən. Bu say getdikcə artır. Bunun hansı müsbət tərəfləri var?
– Mən əsas komandada məşq edəndə, gənclərdən yalnız Bəxtiyar Soltanov vardı. İndi Elşad, Şəhriyar, Nurlan, Tural komandanın öz yetirmələridir. Onlarla birgə oynamaq daha rahatdır. Aramızda əlavə dil problemi də yoxdur. Bizim potensialımız, gücümüz var ki, Premyer Liqada klubu layiqincə təmsil edək. Biz gənclərə nə qədər çox şans versələr, biz bacarığımızı daha da artırıb komandaya kömək edə bilərik. Bizə inanmaq lazımdır. Bir, oyun oynayıb, iki oyun oynamırıq. Bir oyunda alınmaya da bilər. Stabil oynaya bilmək üçün inam çox vacibdir.

– Adlarını sadaladığın gənc həmkarlarına hansı məsləhətləri verirsən?
– Şans insana çox verilmir. Bir, ya da iki dəfə. Onlara tövsiyəm odur ki, verilən şansı düzgün dəyərləndirsinlər. Özüm də içində olmaqla öz üzərlərində daim çalışsınlar. Futbolu seçmişiksə, işimiz budur. İşimizə ciddi yanaşmalıyıq. Bunlar çox vacib amillərdir. Bizdən sonra gələn uşaqlar bunu oxusunlar və hazırlaşsınlar. Bir gün qapı sizin də üzünüzə açıla bilər. Sonra deməyin ki, hazır deyildik.

– Milli komandalarımızın çıxışını uğurlu hesab etmək olmasa da, son illər ərzində irəliləyişlər göz qabağındadır. Sənin əvvəlcə U-17, sonra isə U-19 və U-21 dəki çıxışını uğurlu saymaq olar. Elə sonuncu oyunda İslandiyanı evdə məğlub etdiniz.
– Belə qələbələr bizə çox vacibdir. İslandiyanı minimal hesabla da olsa, məğlub edə bildik. Mən inanıram ki, bu qələbənin davamı gələcək. Mən üç ilə yaxındır ki, millilərdə oynayıram. Bu müddət ərzində çox şey dəyişib. İndi bizə xarici ölkələrdə qapazaltı kimi baxmırlar. Millimiz peşəkarlaşıb, oyunçular öz üzərlərində daha çox işləyirlər. Millidə oynamaq çox faydalıdır. Biz çox şey öyrənirik. Amma bizimlə avropalılar arasında fərq elə də böyük deyil. Sadəcə bir az vaxt lazımdır. Bu gün bizdə elə uşaqlar var ki, Avropada oynamaq gücündədir. Bizim yeganə çatışmazlığımız kollektiv oyunu bacarmamağımızdır.

– Bu gün U-21-də çox güclü rəqabət var. Əsas milli komandaya namizədlərdən biri də sənsən…
– 21 yaşadək olan futbolçulardan ibarət milli digər aşağı yaş qruplarına nisbətən daha ağır komandadır. Burada seçim çox olduğu üçün rəqabət də güclüdür. Sevinirəm ki, dəyişikliklərə baxmayaraq bu komandada özümə yer edə bildim. Həm də uşaqların əksəriyyəti 1991 və 1992 –ci il təvəllüdlü olsa da, əsas məqsədim tezliklə Berti Foqtsun diqqətini cəlb etməkdir. İstər klub, istər millidəki oyunumla bu il buna çalışacağam. Bunu qarşıma məqsəd qoymuşam.

– Hansı oyunu daim xatırlayırsan?
– Bütün oyunlar mənim üçün əzizdir. "Yuventus"la oyunda vurduğum qolu isə həmişə xatırlayıram.

– Bir neçə ildir ki, klublarımız futbolla ciddi maraqlanmağa başlayıb. Bir milli komanda və aparıcı klub oyunçusu kimi, bu sistemli işin istər klub, istərsə də milli səviyyəsində nəticəsini nə vaxt görəcəyimizi düşünürsən?
– Bu gün Azərbaycan klubları peşəkarlaşırlar. Bir neçə ildən sonra biz də nəticələr qazana biləcəyik. Bu inkişaf tempi təkcə klublarda yox, AFFA –da da gedir. Ən böyük məsuliyyət biz futbolçuların çiynindədir. Gərgin oyunlar, turnirlər bizə praktika qazandırır. Klublar nə qədər gənclərə güvənsə, futbolumuzun gələcəyi yaxşı olacaq.

– Hansı arzuların var?
– Məni "Bakı" klubu yetişdirib. Bir futbolçu kimi bu kluba borcluyam. Hələ gəncəm və çox şey öyrənməliyəm. Yaşım az olmasına baxmayaraq arzum çox böyükdür. “Bakı” da uğur qazanmaq istəyirəm. Mən hələ "Bakı"da sözümü deməmişəm. Sözümüzü demək üçün bizə Avropa liqasında və ya Çempionlar Liqasında uğur qazanmaq lazımdır. İnşallah biz buna layiq olduğumuzu tezliklə sübut edəcəyik. "Bakı" çox güclüdür. Hamı bunu görəcək.

Son yazılar

To Top