"Barselona"nın ulduz futbolçularından Danyel Alveş ən güclü klub kimi özlərini göstərib.
Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı futbolçu bunları deyib:
"Hələ bizi məğlub etmək bir çox klubun xəyalındadır.. Çünki dünyanın ən güclü komandası bizik. Ötən mövsüm çempion ola bilmədik. Buna bəhanə gətirə bilmərik. Bu il onun üstəsindən gələcəyik. Qvardiola getdi. Amma onun lahiyəsi davam edir".
