Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər
26.10.2023 , 11:17

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Portu”dan Evanilson, “Feyenoord”dan Santyaqo Ximenes, “Leypsiq”dən David Raum və “Arsenal”dan Qabriel Jezus yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
