Həftənin ən yaxşısı kim olacaq?
16.02.2023 , 14:44

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində bu həftə keçirilən oyunlardan sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Milan”dan Rafael Leao, “Bavariya”dan Kinqsli Koman, Dortmund “Borussiya”sından Karim Adeyemi və “Benfika”dan Fredrik Orsnersdir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində məlum olacaq.
