Həftənin ən yaxşısı kim olacaq?
23.05.2024 , 10:24

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında Ederson, Ademola Lukman, Davide Zappakosta (hamısı “Atalanta”) və Piero İnkapye (“Bayer” Leverkuzen) yer alıb.
Qalibin adı azarkeşlərin səsverməsindən sonra açıqlanacaq.
Qeyd edək ki, Lukman sözügedən görüşdə het-trikə imza atıb.
