Həftənin ən yaxşısı kim olacaq?
19.04.2024 , 12:29

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Marsel”dən Cordan Veretu, “Roma”dan Canluka Mançini, “Atalanta”dan Berat Cimsiti və “Vest Hem”dən Matey Kovar yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində məlum olacaq.
