Həftənin ən yaxşısı kim olacaq?
15.03.2024 , 13:11

Konfrans Liqasında 1/8 finalın cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında PAOK-dan Kulerakis Konstantinos, “Viktoriya”dan Martin Edliçka, “Brügge”dən Andres Skov və “Olimpiakos”dan Ayyub Əl-Kaabi yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
