Həftənin ən yaxşısı kim olacaq?
20.04.2023 , 12:14

Çempionlar Liqasının 1/4 final mərhələsi oyunlarından sonra həftənin ən yaxşısı adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Milan”dan Rafael Leao, “Real”dan Federiko Valverde, “Mançester Siti”dən Kevin De Brüyne və “İnter”dən Lautaro Martines yer alıb.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olacaq.
