Həftənin ən yaxşısı
23.02.2024 , 23:54

UEFA Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Molde”nin (İsveç) oyunçusu Fredrik Qulbrandsendir.
O, səsvermədə Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika) və Mika Biereti (“Şturm Qraz”, Avstriya) geridə qoyub.
Fredrik 1/8 final mərhələsinin “Legiya”ya qarşı cavab oyununda (3:0) dubl edib.
