Həftənin ən yaxşısı
11.03.2023 , 13:33

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Benfika”nın hücumçusu Rafa Silvadır.
Portuqaliyalı futbolçu “Brügge”ni məğlub etdikləri oyunda (5:1) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
