Gürcüstanın 16 yaşlılardan ibarət milli komandasında azərbaycanlı futbolçu çıxış edir. Bu haqda Lent.az-a Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava məlumat verib.
O bildirib ki, həmin futbolçunun adı Ruslan, soyadı Bədiyevdir. Siçinavanın fikrincə, müdafiəçi mövqeyində çıxış edən Bədiyev heyətdəki ən yaxşılardan biridir: “O, çox güclü futbolçudur. Fiziki cəhətdən hazırlıqlıdır. Atası kimi ucaboyludur. Məncə, oktyabrda Gürcüstanda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələdə Bədiyev 17 yaşlılardan ibarət yığmamızın tərkibində yer alacaq”.
Qeyd edək ki, Ruslan Bədiyev azərbaycanlıların kompakt yaşadıqları Borçalı mahalında doğulub.