Avropa Liqasının pley-off mərhələsində APOEL-lə səfərdə qarşılaşacaq "Neftçi"nin revanş matçının canlı yayımlanıb-yayımlanmayacağı hələ də həllini tapmayıb. Daha doğrusu "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə saytımıza verdiyi açıqlamada hər hansı bir kanalın onlara canlı yayımla bağlı müraciət etmədiyini bildirib:
"APOEL – "Neftçi" oyununu canlı yayımlanması üçün hər hansı bir kanal bizə müraciət etməyib. Əgər bu barədə bizə hər hansısa bir kanal müraciət etsə "Neftçi" klubu olaraq öz dəstəyimizi əsirgəməyəcəyik. Çünki bizdə istəyirik ki, bu oyun canlı yayımlansın".
