“Neftçi”də yeni təyinat reallaşıb.
Korner.az-ın məlumatına görə, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin olunub.
Belə ki, klub rəhbərliyi bir müddətdi “Neftçi”də çalışan Gündüz Abbaszadəni departamentə rəhbər təyin edib. O, bundan əvvəl “Neftçi” jurnalının baş redaktoru idi. Abbaszadə əvvəllər ANS-də fəaliyyət göstərib.
Qeyd edək ki, “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə Elnur Əşrəfoğlu başçılıq edirdi.
Korner.az-ın kollektivi Gündüz bəyi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır.