Güləşçimiz dünya çempionu oldu
21.08.2022 , 08:40
![](https://korner.az/wp-content/uploads/2022/08/73451822-5B33-4E36-94D4-1B762A8A58EB.png)
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, yunan-Roma güləşçisi Nihad Quluzadə yarışın qalibi olub. 55 kq-da çıxış edən idmançı finalda rumıniyalı Denis Mihaya 6:1 hesabı ilə qalib gəlib.
87 kq-da yer alan Laçın Vəliyev isə 3-cü yer uğrunda qarşılaşmada iranlı Əbülfəzl Əli Çobanini məğlub edərək, bürünc medala sahib çıxıb.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)