Güləşçimiz Avropa çempionu oldu
01.07.2023 , 20:57

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, idmançımız (57 kq) finalda Anton Vlasla (Moldova) 10:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, R.Abdullayev bundan əvvəl bolqarıstanlı Tanyo Tanevi (11:0), gürcüstanlı Luka Qvinjiliyı (13:2) və türkiyəli Tolqa Özbeki (6:5) məğlub etmişdi.
