"Başa düşə bilmirəm, niyə hamı hələ də AZAL-a məğlubiyyətdən danışır. Düzdü, "Qarabağ" kimi komandanın belə məğlubiyyəti yolverilməzdi. Amma heç kim bundan sığortalanmayıb".
Korner.az– ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov klubun rəsmi saytına müsahibəsində deyib.
N.Yusifov "Real" da "Barselona"ya eyni hesabla uduzmuşdu. Amma bu gün son İspaniya çempionu sayılırlar. Bizim itirdiyimiz sadəcə 3 xaldı. Yəni, nəzəri cəhətdən heç nə itirilməyib. Çempionat hələ yeni başlayıb. Daim qabağa baxmalıyıq. İndi hədəfimiz "Turan"la oyundur.
"Turan" bu il olduqca əzmkar təsir bağışlayır. AZAL-la oyunumuzdan sonra yəqin daha da həvəsləniblər. Amma biz vəziyyətdən nəticə çıxarmağa çalışacağıq. Qurban müəllim bunun üzərində işləyir. Əmin ola bilərsiz ki, "Qarabağ"a heç nə olmayıb. Görəcəksiz".
