Gimnastlarımız Antalyaya yollandı
14.11.2023 , 14:01

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyədə keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.
Korner.az xəbər verir ki, milli üzvləri artıq turnir üçün Antalyaya yollanıblar.
Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.
