Premyer Liqanın 5-ci turu çərçivəsində bu gün "Bakı" "Turan"la qarşılaşıb və "zolaqlılar" rəqibin müqavimətini qıra bilməyib. "Bakı"nın futbolçusu Georgi Popxadze isə Korner.az-a verdiyi açıqlamada bəxtlərinin gətirmədiyini bildirib:
"Meydana qələbə üçün çıxmışdıq. Amma alınmadı. Ən təsir edici odur ki, çoxlu qol imkanlarımız oldu ancaq bundan yararlana bilmədik. Lakin bu o demək deyil ki, komandamız zəifdir. Sadəcə imkanlardan yararlana bilmədik".
