1/8 finalın ilk oyunlarına yekun vuruldu
10.03.2023 , 02:00

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Korner.az xəbər verir ki, pley-off mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” bu raundda Türkiyə “Başakşəhər”i ilə qarşılaşacaq. Belçikada keçiriləcək oyuna saat 00:00-da start veriləcək.
Türkiyənin digər təmsilçisi “Sivasspor” səfərdə “Fiorentina”, İspaniya “Vilyarreal”ı isə Belçikada “Anderlext”lə üz-üzə gələcək.
1/8 finalın bir oyunu martın 7-də baş tutub. “Latsio” evdə Niderlandın “Alkmaar” klubuna uduzub – 1:2.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart
AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə) – 0:2
Qollar: M.Antonio, 36, 45+2
“Şerif” (Moldova) – “Nitsa” (Fransa) – 0:1
Qol: A.Amraui, 45+3
“Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar: A.Dreyer, 57 – M.Triqeros, 28
“Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə) – 1:0
Qol: A.Barak, 69
“Lex” (Polşa) – “Yurqarden” (İsveç) – 2:0
Qollar: A.Miliç, 39, F.Marçvinski, 82
“Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya) – 2:2
Qollar: Z.Amduni, 6, A.Zeqiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 70
“Gent” (Belçika) – “Başakşəhər” (Türkiyə) – 1:1
Qollar: G.Orban, 35 – S.Okaka, 16
