“Gent” Bakıya yola düşdü – FOTO
15.02.2023 , 15:27

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq “Gent” artıq Belçikanı tərk edib.
Korner.az xəbər verir ki, Ağdam klubunun rəqibi Belçikadan birbaşa Bakıya uçub.
Bu gün saat 19:45-də “Gent”in baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.
Saat 22:00-da isə komandanın Tofiq Bəhramov stadionunda mətbuata açıq məşqi keçiriləcək.
“Qarabağ” – “Gent” matçı sabah 21:45-də start götürəcək.
