Gənc oyunçu “Qalatasaray”dan gedir
21.02.2024 , 22:57

“Qalatasaray”ın gənc oyunçusu Həmzə Akman komandadan ayrılır.
Korner.az xəbər verir ki, “sarı-qırmızı”lı komandada oynamaq şansı tapmaqda çətinlik çəkən ulduz namizədin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəldiyi öyrənilib.
19 yaşlı gənc yarımmüdafiəçinin “Kopenhagen”lə danışıqlar apardığı bildirilib.
“Qalatasaray”ın infrastrukturunda məşq edən Həmzə bununla da Mustafa Kapı və Bartuğ Elmazdan sonra komandadan ayrılan üçüncü futbolçu olacaq.
