Gənc oyunçu Premyer Liqa klubunun hədəfində
31.05.2024 , 13:20

Cud Bellinqemin qardaşı Cob Bellinqemdən yeni xəbər var.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
“Sunderland”in gənc oyunçusu ilə “Kristal Palas”ın maraqlandığı iddia olunur. London klubu futbolçunu transfer etməkdə istəklidir.
Cob bu mövsüm Çempionşipdə 47 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
