Gənc hücumçu sıradan çıxdı
16.05.2024 , 22:12

“Palmeyras”da çıxış edən Endrik zədələnib.
Korner.az xəbər verir ki, gənc hücumçu Libertadores Kubokunun qrup mərhələsinin “İndependyente” komandası ilə görüşdə sıradan çıxıb.
Futbolçu mövsümün sonu “Real Madrid” klubuna qayıdacaq. Endrik oyuna davam edə bilməyib və meydanı xərəkdə tərk edib.
“Palmeyras”ın yetirməsi olan oyunçu əsas komandada 80 oyun keçirib, 21 qol vurub və 4 qolun ötürməsini edib.
