Gənc futbolçunun yeni mövsümdə maaşı nə qədər olacaq?
08.05.2023 , 11:14

“Qalatasaray” futbolçusu Kerem Aktürkoğlunun müqaviləsini uzadacaq.
Korner.az xəbər verir ki, tərəflərin danışıqlar apardığı və razılığa gəldiyi bildirilir.
Müqaviləsinə ediləcək dəyişiklikdən sonra futbolçunun yeni maaşı 20 milyon TL olacağı gözlənilir.
Kerem “Qalatasaray”la 33 rəsmi matçda 10 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
