Gəncə stadionunda söküntü işləri başladı
07.11.2023 , 10:51

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda söküntü işlərinə start verilib.
Korner.az-ın məlumatına görə, ilk olaraq artıq işıq dirəkləri arenadan götürülüb. İşlər mərhələli şəkildə həyata keçiriləcək.
Arenanın yenidən tikilib istifadəyə verilməsi 2025-ci ilin əvvəllərində reallaşacaq. Stadionun tutumunun 16 min olması gözlənilir.
Qeyd edək ki, stadion Gənclər və İdman Nazirliyinin alansındadı və yenidən qurma işlərinə nazirlik özü nəzarət edir.
