“Gəncə” klubunda ayrılıq
15.11.2023 , 14:44

“Gəncə” basketbol klubunda ayrılıq gerçəkləşib.
Korner.az xəbər verir ki, Neyton Sprinqs komandanı tərk edib.
Sprinqs mövsüm öncəsi məşqlərin birində ağır zədələnib və çempionatda heç bir oyunda meydana çıxmayıb. Amerikalı basketbolçunun müalicə prosesi uzun müddət çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb.
Bu səbəbdən müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
