Cari mövsümü 9-cu pillədə başa vuran "Simurq" klubu iki futbolçu ilə müqavilələrinin müddətini artırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni müqaviləyə əsasən müdafiəçilər İlkin Qırtımovla, Aleksandr Şemonayev növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, hər iki futbolçu Zaqatala futbol məktəbinin yetirmələridir. Gənc futbolçu İlkin Qırtımov 2009-cu ildən "Simurq"da karyerasını davam etdirir. 2011-2012-ci il mövsümündə 2070 dəqiqə meydanda mübarizə aparan futbolçu bu ildən həm də 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Aleksandr Şemonayev isə 2011-ci ildən "Simurq"un heyətinə cəlb olunub və komandanın əvəzedilməz oyunçularından birinə çevrilib.