“Fənərbağça”dan növbəti transfer
31.08.2019 , 19:11
“Fənərbağça” klubu növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, klub Türkiyə millisinin sabiq hücumçusu Mevlut Erdinçi transfer edib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb.
Futbolçu karyerası ərzində PSJ, “Renn”, “Sent-Etyenn”, “Hannover”, “Genqam”, “Mets” kimi klublarda çıxış edib.