“Şalke” “Barselona”nın futbolçusunu icarəyə götürdü
31.08.2019 , 19:49
“Şalke” klubu heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Barselona”nın futbolçusu Xuan Mirandanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu 2 il icarə əsasında “Şalke”də çıxış edəcək.
Qeyd edək ki, futbolçu “Barselona”nın yetirməsidi.