Premyer Liqanın 16-cı turu çərçivəsində AZAI səfərdə "İnter"lə qarşılaşdı. Hər iki tərəfin səylərinə baxmayaraq hesab açılmadı.
Korner.az-ın məlumatına görə, "təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov qolsuz heç-heçəni belə şərh etdi6
“Maraqlı oyun oldu, hər iki komandanın futbolçuları qalib gəlmək üçün əlindən gələni etdi. Bəlkə də çox adam bizim müdafiədən oynayacağımızı düşünürdü. Lakin futbolçularıma pressinq tətbiq etməyi tapşırmışdım. Fikrimcə, nəticə oyuna görədir” – deyə o vurğulayıb.